Gündəm 19.12.2023 17:04

Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan yenə özünü sülhsevər kimi təqdim etməyə çalışıb. O, Yeni il qabağı səfirlərlə görüşdə Azərbaycana qarşı ənənəvi çıxışını edib. Paşinyan Qarabağdan ermənilərin könüllü köçünü “etnik təmizləmə” adlandırıb.

Baş nazir sülhün Ermənistan hökuməti üçün prioritet olduğunu deməklə rəsmi İrəvanı sülhsevər kimi göstərib. Bunun ardınca qeyri-müəyyən – yalnız erməni tərəfin qəbul etdiyi üç prinsipdən danışıb. Paşinyan, həmçinin Azərbaycanın daxili işlərinə də müdaxilə etməyə səy göstərib. O, Azərbaycanda fevralın 7-də keçirilməsi planlaşdırılan növbədənkənar Prezident seçkilərinə üstüörtülü toxunaraq deyib: “Ümid edirik ki, regionda və region ölkələrində baş verən son hadisələr nəticədə sülh prosesinin qəsdən ləngidiyini göstərməyəcək”.

Paşinyan çıxışında təhrif və yalanlara yer verərək Qarabağı könüllü tərk edən ermənilərə təzyiqlər göstərildiyini iddia edib.

Əvvəla, onu deyək ki, Azərbaycanın erməni sakinləri Qarabağı öz müstəqil istəkləri ilə tərk ediblər. Çünki köç edənlərə qarşı zorakılıq və başqa təzyiqlərin edilməsinə dair heç bir fakt mövcud deyil. Onlar özləri ilə məişət və şəxsi əşyalarını, sənədlərini, bank kitabçalarını, hətta, ayaqyolunda istifadə etdikləri unitazı belə aparıblar. Hətta bəziləri evlərin döşəmələrini, dam örtüklərini də söküblər.

Nikol Paşinyan 35 il əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən etnik təmizləməni ört-basdır edir. Bununla da sülh təklifi ilə bağlı Azərbaycanın irəli sürdüyü başlıca maddələrdən birini cavabsız qoyur.

35 il əvvəl qərbi azərbaycanlılar Ermənistan ərazisindən silah gücünə, zorakılıqla qovulub. Onların çoxuna şəxsi sənədlərini götürməyə belə imkan verilməyib. Bu cinayəti ermənilər, sovet ordusu sıralarında xidmət edən hərbçi və əsgərlər, o cümlədn erməni etnik qrupunun nümayəndələri törədib. Rəsmi Bakı ədalət naminə 300 minə yaxın (1988-ci ildə qovulanların sayı bu qədər olub, hazırda onların sayı milyonu keçib) qərbi azərbaycanlının pozulan hüquqlarının bərpasını istəyir.

Bu baxımdan, Paşinyan səfirlərin qulağına “əriştə asmağa” cəhd göstərib. Çünki Azərbaycan qərbi azərbaycanlılarla bağlı məsələni daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Ermənistanın baş nazirinin başqa bir iddiası yalnız erməni tərəfin qəbul etdiyi üç prinsiplə bağlıdır. Həmin prinsiplər bunlardır: qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Almatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyası (Paşinayn Azərbaycana ərazisinin neçə kv/km olduğunu deyir-red.), regional kommunikasiyaların qarşılıqlı şəkildə açılması.

Qeyd edək ki, tərəflər bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini tanıyır. Bu baxımdan, Paşinyan yeni bir ideya irəli sürməyib. Rəsmi İrəvanın, onun havadarı və vasitəçilik iddiasında olanların irəli sürdükləri Almatı bəyannaməsinə gəldikdə isə onun Azərbaycan üçün heç bir hüquqi əsası olmaya bilər. Bu sənəd 1991-ci il dekabrın 21-də imzalanıb. Azərbaycan Respublikası adından ona ovaxtkı prezident Ayaz Mütəllibov təsdiqləyib. Əvvəla, qeyd edək ki, Azərbaycanın müstəqilliyi məsələsi 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda müzakirəyə çıxarılıb. Həmin gün və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Bu, o deməkdir ki, dekabrın 29-dək rəsmi Bakının müstəqil dövlət adından imzaladığı bütün bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa, bu bəyannamə Milli Məclisdə təsdiqlənməyib. Odur ki, Paşinyanın və komandasının iddia etdiyi Almatı bəyannamsi Azərbaycan üçün keçərli sayılmaya bilər.

Sərhədlərin müəyyənləşməsi məsələsinə gədlikdə isə 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin (indiki Milli Məclis) növbədənkənar sessiyasında 4 gün müzakirələr aparılıb. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu sənəddə göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu da o deməkdir ki, Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü o dövrə uyğun tanıması məqbuldur. Ona görə də Nikol Paşinyanın Azərbaycana “verdiyi torpaq sahəsi” çox gülüncdür. Rəsmi Bakı ərazi məsələsinə dair tarixi faktlarla çıxış etsə, o zaman Ermənistanda ermənistanlıq belə qalmaz.

Kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə bu, daha çox Ermənistan üçün faydalıdır. Çünki Ermənistan Rusiyanın təsir və nüfuzundan qaçmağa çalışır, bunu artıq gizlədə bilmir. Paşinyanın ölkəsi üçün həyati vacib yollar isə Azərbaycan və Türkiyə ərazilərindən keçir. Bu, gələcəkdə Ermənistanın böyük regional iqtisadi və nəqliyyat layihələrində iştirakına da şərait yarada bilər. Odur ki, Nikol Paşiyanın bu prinsiplə Azərbaycana minnət qoya bilməsi mümkünsüzdür.

Sülh prosesini, eləcə də sülh sazişinin imzalanmasını Ermənistan hökuməti ləngidir. Rəsmi Bakının təqdim etdiyi təkliflər paketinə İrəvanın aylarla cavab verməməsi də bunu təsdiqləyir. Nikol Paşinyan növbədənkənar Prezident seçkisini açıq dilə gətirməyib. Ancaq o, gələcək danışıqlarla bağlı istənilən ləngimə və manelərlə əlaqədar Azərbaycanı ittiham etmək üçün indidən bəhanələrini açıqlayır.

Ermənistan hökumətinin iddia və təkliflərinin əsası kimi təqdim etdiyi bu üç prinsip təməlsizdir. Odur ki, səfirlərə açıqlamalar daha çox rəsmi İrəvanın beynəlxalq ictimaiyyətə uzun illər müxtəlif mövzuda uydurduqlarının N.Paşinyanın ifasında təkrarıdır.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO