Münhenin “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovskinin sosial şəbəkələrdə paylaşdığı şəkil maraqla qarşılanıb.
Rakus.az xəbər verir ki, polşalı hücumçu Çempionlar Liqasında qazandığı kuboku öz yatağına qoyaraq “Instagram”da paylaşım edib.
32 yaşlı hücumçu fotoya “Yuxudan bax belə oyandım” şərhini yazıb.
Ötən gecə PSJ-ni minimal hesabla udan Münhenin “Bayern” klubu tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.