Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaqlar
Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaqlar. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
Sentyabrın 15-də yuxarı sinif şagirdləri onlayn tədrisə başlayacaqlar.
O bildirib ki, zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 1-9 siniflər, oktyabrın 15-dən etibarən isə 10-11 sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.
Pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür. Ancaq biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik.
E.Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir. Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir.