“Virtual məktəb” layihəsi davam etdiriləcək
Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və “Virtual məktəb” layihələri davam etdiriləcək.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, bəzi valideynlər uşaqlarını məktəblərə göndərmək istəmirlər. Bu valideynlərlə xüsusi razılaşma əldə olunacaq. Məktəbə gəlməyən şagirdlər valideynlərin nəzarəti ilə teledərsləri izləyəcəklər və “Virtual məktəb”də tədrisə qoşulacaqlar.
Onun sözlərinə görə, özəl təhsil müəssisələrində dərs deyən xarici müəllimlərin ölkəyə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət edilməlidir.
O bildirib ki, özəl təhsil müəssisələri bu müəllimlərin ölkəyə gəlmələri üçün müraciət edərkən zəruri səbəbləri aydın şəkildə göstərməlidirlər.