“Neftçi” qalib gəldi, “Keşlə” və “Sumqayıt” uduzdu - VİDEO
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Keşlə” – “Laçi” görüşü başa çatıb.
Rakus.az xəbər verir ki, “ASK Arena”da keçirilən görüşün 72-ci dəqiqəsindən etibarən “Laçi” azlıqda qalsa da, “Keşlə” nə 90, nə də əlavə 30 dəqiqədə bu şansdan yararlana bilməyib.
Nəticədə penaltilər seriyasına müraciət edilib. Burada “Keşlə”nin kapitanı İlkin Qırtımovun topunu rəqib qapıçının dəf etməsindən sonra “Laçi”penaltilərdə 5:4 qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.
Bununla da “Laçi” beş il əvvəl “Keşlə”nin sələfi “İnter”in qisasını alıb.
“Neftçi” 2:1 qalib gələrək II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Sumqayıt” isə 0:2 uduzaraq avrokuboklarla vidalaşıb.
21:56
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” görüşləri başa çatıb.
“Neftçi” 2:1 qalib gələrək II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Sumqayıt” isə 0:2 uduzaraq avrokuboklarla vidalaşıb.
21:50
88-ci dəqiqədə Emin Mahmudovun küncdən ötürməsindən sonra Anton Krivotsyuk başla qol vurub.
Oyuna əlavə edilmiş dəqiqələrdə isə rəqib hesab arasındakı fərqi azaldıb: 2-1
21:34
“Neftçi”nin belçikalı futbolçusu Sabir Buqrin 67-ci dəqiqədə hesabı açıb.
70-ci dəqiqədə “Şkupi”nin futbolçusu Qudiabi Umar qırmızı vərəqə alıb.
“Sumqayıt” isə “Şkendiya” qarşısında hələlik məğlub durumdadır (0-1).
“Keşlə” “Laçi” qarşılaşmasında hesab açılmayıb
Qeyd edək ki, hazırda matçlarda ikinci hissə oynanılır.
09:00
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində 45 oyun keçiriləcək.
Bu görüşlərdən üçü Azərbaycanda baş tutacaq.
Belə ki, komandalarımızdan gümüş mükafatçı “Neftçi”, bürünc medalçı “Keşlə” və ötən mövsümün dördüncüsü “Sumqayıt” avrokubok həyəcanına start verəcək. “Neftçi” və “Keşlə” paytaxtda, “Sumqayıt” isə gənclik şəhərində rəqiblərini qəbul edəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
20:00 “Neftçi” – “Şkupi” (Şimali Makedoniya)
Baş hakim: Aleksandr Qolubev (Latviya)
Bakı. “Bakcell Arena”.
20:00 “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya)
Baş hakim: Arman İsmuradov (Qazaxıstan)
Sumqayıt. “Kapital Bank Arena”.
21:00 “Keşlə” – “Laçi” (Albaniya)
Baş hakim: Georgi Kikaçeişvili (Gürcüstan)
Bakı. “ASK Arena”.
Əslində, “Neftçi” və “Sumqayıt”ın rəqibləri Şimali Makedoniyanı təmsil etsələr də, faktiki olaraq etnik albanların klubları sayılır. Bu səbəbdən Azərbaycan komandalarının üç alban komandasına qarşı mübarizə aparacağını demək mümkündür.