Finalında Azərbaycan Polşa ilə qarşılaşacaq
Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında Azərbaycan komandasının rəqibi müəyyənləşib.
Rakus.az xəbər verir ki, pley-off mərhələsində Bolqarıstan komandasını məğlub edən Polşa yığması dörddəbir finalda şahmatçılarımızın rəqibi olacaq.
Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Dörddəbir finalın digər oyunlarına gəldikdə Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla mübarizə aparacaq.
Dörddəbir finalın oyunları avqustun 28-də baş tutacaq.