Türkiyə Superliqasında püşk atıldı
Futbol üzrə Türkiyə çempionatının 2020-2021-ci il mövsümünün püşkü atılıb.
Rakus.az xəbər verir ki, birinci turun oyunları sentyabrın 11-14-də keçiriləcək. Yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. Birinci turda “Konyaspor” istirahət edəcək. Açılış turunun mərkəzi oyunu “Trabzonspor”la “Beşiktaş” arasında olacaq.
Çempionatın birinci turunda “Ankaragücü” – “Ərzurumspor”, “Sivasspor” – “Alanyaspor”, “Kayserispor” – “Kasımpaşa”, “Rizəspor” – “Fənərbağça”, “Hatayspor” – “Başakşəhər”, “Qalatasaray” – “Qaziantep”, “Fatih Karagümrük” – “Yeni Malatyaspor”, “Göztəpə” – “Dənizlispor”, “Trabzonspor” –“Beşiktaş” və “Antalyaspor” – “Gənclərbirliyi” görüşləri oynanılacaq.
Rakus.az xəbər verir ki, ötən mövsüm Türkiyə çempionatının qalibi “Başakşəhər” olub.