Siyasi 29.08.2020 13:46

“Nikol Paşinyan Soros Fondunun parlaq yetirməsidir” – Hikmət Hacıyev

“Ermənistan təcavüzkar dövlətdir. Ermənistan rəhbərliyi Tovuz hadisələrini dırnaqarası qələbə kimi təqdim etməyə çalışır. Əsas sərhədlərin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Ermənistan silahlı bölmələri geri oturduldu. Onlar bu gün də itkilərini gizlədirlər. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”.

Rakus.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevdeyib.

“Nikol Paşinyan iddia edir ki, Tovuz hadisələri Ermənistanda istehsal olunan müdafiə sənayesi məhsullarının keyfiyyətini göstərdi. Ermənistanda nə istehsal olunduğu məlumdur. Tovuz hadisələrini törətməkdə növbəti məqsəd Ermənistandakı sosial, demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır. Nikol Paşinyan Soros Fondunun parlaq yetirməsidir. Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və digər metallar çıxarılaraq istismar edilir. Nikol Paşinyan siqaret mafiyasına da nəzarət edir”, – şöbə müdiri bildirib.

H.hacıyev qeyd edib ki, Ermənistanın Baş Naziri yenə də münaqişənin və Tovuz hadisələrinin mahiyyətini təhrif edib:

“Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır. Son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir. Bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb. Müxtəlif istiqamətlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir.

Rusiya tərəfinin açıqlamaları bizi tam qane etmir. Suallarımız açıq qalmaqda davam edir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO