İdman 31.08.2020 12:37

“Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsində “Qarabağ”ın, UEFA Avropa Liqasında II təsnifat mərhələsində isə “Neftçi”nin rəqibləri bəlli olacaq.

Rakus.az xəbər verir ki, ilk iki mərhələdə Şimali Makedoniyanın “Sileks” (4:0) və Moldovanın “Şerif” (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Yəni Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibi daha aşağı reytinqlilərdən ibarət “Səpələnməmişlər” səbətindən çıxacaq.
Potensial rəqiblər isə Norveçin “Mölde”, Danimarkanın “Midtüllann”, Macarıstanın “Ferentsvaroş”, Kiprin “Omoniya” və Belarusun “Dinamo” (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.

“Neftçi” isə püşkatmada aşağı reytinqlilərdən ibarət “Səpələnməmişlər” səbətində qərarlaşacaq. Artıq potensial rəqiblərin sayı 3-ə enib. Bunlar Rusiyanın “Dinamo”, Türkiyənin “Qalatasaray” və Qazaxıstanın “Kayrat” klublarıdır.
Tədbirdə 47 cütün tərkibi müəyyənləşəcək. Komandalardan 17-si UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində uduzanlardan ibarət olacaq.

Onların arasında Bakıda “Qarabağ”a 0:4 hesabı ilə yenilən Şimali Makedoniya “Sileks”i də yer alıb. Daha 3 klub Çempionlar Liqasının ilkin mərhələsində məğlubiyyətlə üzləşənlərdir. Beləliklə, üst-üstə 20 klub üçün Çempionlar Yolu üzrə püşkatma keçiriləcək.
Əsas Yola gəldikdə, 27 iştirakçı mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Daha 47 klub I təsnifat mərhələsinin qalibləridir ki, onların arasında Azərbaycan təmsilçilərindən yalnız “Neftçi” yer alıb.

Xatırladaq ki, püşkatma İsveçrənin Nyon şəhərində təşkil olunacaq. UEFA Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 14:00-da, UEFA Avropa Liqasının isə saat 15:00-da başlanacaq.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO