Elm və təhsil 01.09.2020 11:13

Əbdürrəhim bəy Haqverdiyevın əsərləri İndoneziyada

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq, ədibin “Sarı toyuq” hekayəsi İndoneziyanın “Kanal Dengar” radio kanalında səsləndirilib. Əsər bu ölkədə təhsil alan tələbələrimiz Əli Əliyev və Leyla Qarayeva tərəfindən “Könüllülər ili” çərçivəsində tərcümə edilib və hər qəhrəman fərqli şəxs tərəfindən səsləndirilib.

Rakus.az xəbər verir ki, hekayəni radionun əməkdaşı Lutfi Nasution təqdim edib. Sözügedən səsləndirməni https://anchor.fm/kanaldengar/episodes/Ayam-Kuning—Kanal-Dengar-x-Kedutaan-Besar-Azerbaijan-eip6ba keçid vasitəsilə dinləmək mümkündür. Hekayənin digər internet resurslarında yayımlanması da təmin edilib.
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib. Belə ki, İndoneziya Poçt Dövlət Şirkəti tərəfindən poçt markası nəşr edilib. Onun üzərində “Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı arxa fonda “Şuşa qalası” təsvir olunub. Şirkət ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.

Ədibin həyat və yaradıcılığı haqqında məlumatın da daxil edildiyi onun hekayələrindən ibarət nümunələr İndoneziya dilinə tərcümə edilərək, bu ölkənin Milli Kitabxanasının https://www.perpusnas.go.id/news-detail.php?lang=id&id=200601095534nzjQSUfA3T saytında yerləşdirilib. Həmçinin bu nümunələrin İndoneziyanın nüfuzlu universitetlərinin onlayn kitabxanalarında yerləşdirilməsi təmin edilib. Hekayələrin İslam Əməkdaşlıq Təşkilatının İndoneziya üzrə gənclər təşkilatının “Facebook” səhifəsində də yayımlanmasına nail olunub.

Bununla yanaşı, İndoneziyanın nüfuzlu “Minanews” saytında səfirliyin müşaviri Gültəkin Həbiblinin “Əbdürrəhim bəy Haqverdiyev – 150” sərlövhəli məqaləsi dərc olunub. Müəllif milli düşüncənin inkişafında mühüm rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin Azərbaycanla yanaşı, xarici ölkələrdə də qeyd olunduğunu, onun yaradıcılığının böyük oxucu kütləsinə tanıdıldığını bildirib.

Məqalədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xalqımızın maddi, mədəni və mənəvi irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycanın təkcə neft ölkəsi kimi deyil, həm də bəşər tarixinin, ədəbiyyatının, mədəniyyətinin nadir beşiyi kimi tanındığı qeyd olunub.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO