Gündəm 02.09.2020 13:51

“Sədərək”in sahibi dəyişir: Ramiz Mehdiyevdən sonra…

Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Lakin dünən “Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb.

Həmin məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstərdiyini təsdiq edən videogörüntü var.

Maraqlıdır ki, “Binə” bazarının işləməsinə baxmayaraq onun yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb.

Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında “Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar “Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.

Yenisabah.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimovdur. O, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir.

Mediada yazılanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərib.

Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada “Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.

Bəzi iddialara görə, Yusif Qədimovun himayəçiliyi zəiflədildikdən sonra o, “Sədərək” Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib.

“Binə” bazarından fərqli olaraq “Sədərək”in fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstərməsə də sahibkarlardan icarə haqqı tələb edilir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS