Gələn il neftin büdcə qiyməti 35 dollar olacaq
Gələn ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 35 ABŞ dolları olması nəzərdə tutulub.
Rakus.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə eynidir.
Bundan əlavə, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 351,8 milyon manat (1 383,4 milyon ABŞ dolları) məbləğində vəsait nəzərdə tutulub.
Həmin vəsaitin 1 787,3 milyon manatı birbaşa xarici dövlət borcuna xidmət, 417,4 milyon manatı isə bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti ilə cəlb etdiyi öhdəliklərin təmin olunması, yerdə qalan 147 milyon manatı isə daxili dövlət borcuna xidmət məqsədi ilə istifadə olunacaq.
Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit müqavilələri üzrə isə 609,5 milyon manat məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur.