Ötən gün futbol üzrə İran kubokunun final oyunu keçirilib.
Rakus.az xəbər verir ki, həlledici görüşdə Təbriz təmsilçisi “Traktor”la Tehran klubu “İstiqlal” üz-üzə gəlib.
Beş qolun qeydə alındığı matçda Cənubi Azərbaycan klubu 3:2 hesablı qələbəyə sevinib.
Böyük qələbəni küçələrdə qeyd edən azərkeşlər “Qarabağ bizimdir, bizim olacaq!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.