“Barselona”nın kapitanı Lionel Messinin hansı klubda çıxış edəcəyi məsələsinə nəhayət ki, aydınlıq gəlib.
Rakus.az xəbər verir ki, argentinalı forvard elə “Barselona”da qalacaq.
Bu barədə açıqlama verən Messi bildirib ki, Bartomeunun rəhbərliyindən narazıdır:
“Xoşbəxt deyildim, buna görə də klubdan ayrılmaq istəyirdim. Lakin buna icazə verilmədi. Qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun idarəçiliyi fəlakətdir”.