Gündəm 07.09.2020 20:00

YENİLƏNDİ: Prezident İran səfirinin etimadnaməsini qəbul etdi - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

Rakus.az xəbər verir ki, rtimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Seyid Abbas Musəvi dedi:

-Cənab Prezident, İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu Zati-alinizə təqdim etmək mənim üçün şərəfdir. Eləcə də icazə verin İran İslam Respublikasının Prezidenti doktor Həsən Ruhaninin ən səmimi salamlarını Sizə çatdırım. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Hörmətli cənab səfir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Xahiş edirəm, ilk növbədə, mənim səmimi salamlarımı dostum və qardaşım Prezident cənab Ruhaniyə çatdırasınız.

Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, siz öz fəaliyyətinizlə iki ölkə arasındakı əlaqələrə dəyərli töhfə verəcəksiniz və bundan sonra da əlaqələrimiz uğurla inkişaf edəcək.

Bildiyiniz kimi, son bir neçə il ərzində Prezident Ruhani ilə bizim 10-dan çox görüşümüz olubdur. Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı. Bu sənədlər demək olar ki, bütün sahələri əhatə edir. Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk.

Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir. İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir. Buna görə mən sizə minnətdaram.

Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.

Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır.

Onu da bildirməliyəm ki, bizim ölkələrimiz, eyni zamanda, xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir.

Qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır. Xəzər dənizinin hüquqi statusunun, nəhayət, öz həllini tapması bütün Xəzəryanı ölkələrin niyyətini göstərir, bizim siyasətimizi göstərir və bu ölkələr arasındakı dostluğu göstərir.

İkitərəfli münasibətlərimizə gəldikdə, bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıbdır. Prezident cənab Ruhani ilə iyulun sonunda mənim telefon danışığım olubdur. Bir çox önəmli məsələlər müzakirə olundu və razılığa gəldik ki, bizim müvafiq hökumət üzvləri bir-biri ilə bu pandemiya dövründə videokonfranslar formatında görüşlər keçirsinlər və artıq bir çox görüşlər keçirildi. Bunun çox böyük önəmi var. Çünki biz istəmirik ki, vaxt itirək. Çünki pandemiya təbii ki, işimizə müdaxilə etmişdir.

Əminəm ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir. Bütün başqa sahələrdə – sərmayə qoyuluşu, elektroenergetika sahələrində və digər sahələrdə yaxşı nəticələr var. O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir və yeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz, sizi bir daha salamlayıram.

Səfir Seyid Abbas Musəvi: Məni bu gün qəbul etdiyinizə görə çox təşəkkür edirəm.

İkitərəfli münasibətlər haqqında Siz geniş danışdınız və mən bu barədə əlavə bir söz deməyə lüzum görmürəm. Mən cənab doktor Ruhaninin səmimi salamlarını Sizə çatdırıram. Eləcə də bizim Kabinet üzvlərinin, xüsusilə də Xarici İşlər nazirimizin salamlarını çatdırıram.

Mən Sizi əmin edirəm ki, İran İslam Respublikasının bütün rəhbər şəxslərinin iradəsi və istəyi ikitərəfli münasibətləri daha da inkişaf etdirmək və möhkəmləndirməkdir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz sayəsində, eləcə də İran İslam Respublikasının rəhbərlərinin müdrikliyi sayəsində iki ölkə arasında münasibətlər gündən-günə inkişaf etməkdədir.

İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrlə, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətlər önəmli rola malikdir. Bizimlə qonşu olan 15 ölkə var. Bu ölkələr arasında biz Azərbaycanla xüsusi münasibətlərə malikik. Mənim missiyam bu iki dost, qardaş və müsəlman ölkələr arasında münasibətləri daha da möhkəmləndirməkdir. Mən ölkələrimizin münasibətlərinin genişləndirilməsində hər hansı bir maneə görmürəm. Sizin, eləcə də Kabinet üzvlərinin dəstəyi ilə bu münasibətlər gündən-günə inkişaf etdiriləcək.

İran İslam Respublikasının xalqı və dövləti Sizin mart ayında İrana səfərinizi səbirsizliklə gözləyirdi. Lakin təəssüflər olsun ki, pandemiyaya görə bu səfər baş tutmadı. İran xalqı və İran dövləti hələ də bu səfəri səbirsizliklə gözləyir və mən yenidən bu dəvəti Sizə çatdırıram.

Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz. İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır.

Siz də qeyd etdiyiniz kimi, bizim üçtərəfli və dördtərəfli regional əməkdaşlığımız bundan sonra da davam edəcək. Regional və beynəlxalq təşkilatlar çərçivəsində bizim ortaq mövqelərimiz var və bir-birimizin mövqelərini dəstəkləməyə davam edəcəyik. Mən əminəm ki, Sizin müdrikliyiniz sayəsində hazırda yüksək səviyyədə olan münasibətlərimiz bundan sonra da inkişaf edəcəkdir. İnşallah, tezliklə Sizin və cənab Prezident Həsən Ruhaninin iştirakı ilə keçiriləcək videokonfransda biz münasibətlərimizin daha da inkişaf etdirilməsinin şahidi olacağıq.

16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO