İqtisadi 08.09.2020 19:47

“Qarabağ” layihəsində 26 gəmidən ibarət donanma iştirak edəcək

SOCAR-ın “Qarabağ” layihəsi çərçivəsində eyniadlı dayaq blokunun dənizə yola salınması və yataqda quraşdırılması ilə əlaqədar işlər plan üzrə davam edir.

Rakus.az xəbər verir ki, 2020-ci ilin avqustun 10-da prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ” layihəsinin dəniz əməliyyatlarının həyata keçirilməsinə start verilib və bu işlərə eyni zamanda bir neçə iri şirkət və təşkilat cəlb edilib. Onların sırasına mühəndis hesabatlarına, parametrlərin işlənilməsinə və hesablanmasına cavabdeh olan SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutu,  dayaq blokunun dənizə nəql edilməsinə və yataqda quraşdırılmasına cavabdeh olan “Neftqaztikinti” tresti, “Qarabağ” dayaq blokunu hazırlamış “BOS Şelf” şirkəti, dəniz əməliyyatları üçün donanmanı təmin edən “ASCO” şirkəti, donanmanın və digər zəruri avadanlığın beynəlxalq standartlara uyğunluğuna nəzarəti həyata keçirən və həmçinin onların sertifikatlaşdırılmasına cavabdeh olan “Global Maritime” şirkəti və bilavasitə görülən işlərə rəhbərlik edən layihənin sifarişçisi “QƏŞ” – yəni Qarabağ Əməliyyat Şirkəti daxildir.

“Qarabağ” layihəsi çərçivəsində dəniz əməliyyatları – bir sıra elmi və istehsalat strukturlarının, iri həcmli donanmanın, onlarla yerli və beynəlxalq podratçının, yüzlərlə yüksək ixtisaslı mütəxəssisin və xüsusi texniki avadanlığın iştirakını nəzərdə tutan çətin və çoxfunksiyalı prosesdir”.

Dayaq blokunun dənizə nəqli və yataqda quraşdırılması işləri üçün 26 gəmidən ibarət donanma, o cümlədən, “Azərbaycan” kran gəmisi (DBA) və STB1 barjası cəlb ediləcək.

Hazırda bütün gəmilər sertifikatlaşdırmadan keçirilir və əsas avadanlıqlar yoxlanılır. Dənizə nəql etmə və yataqda quraşdırmaya hazırlıq işləri çərçivəsində həmçinin DBA -“Azərbaycan” kran gəmisində əsas kranın yükgötürmə qabiliyyətinin 1 250 tona qədər artırılması məqsədilə yenidən sertifikatlaşdırılma həyata keçiriləcək.

Layihənin iştirakçıları tərəfindən həm də quraşdırma avadanlığının, payaların, pakerlərin, diafraqmaların yoxlanılması həyata keçirilir.

Dayaq blokunun yataqda quraşdırılmasının vacib elementlərindən biri olan, payaların vurulması üçün nəzərdə tutulan hidravlik çəkic hazırda BP şirkətində “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində istifadə olunur, və “Qarabağ” yatağında istifadəyə hazırlanmaq üçün 2020-ci ilin sentyabr ayının ortalarında QƏŞ şirkətinə veriləcək.

Bundan əlavə məlumat verilir ki, sürüşdürmə avadanlığı və dayaq blokunun barjaya bərkidilməsi üzrə mühəndislik işləri, STB1 barjasının özü və onun ballast sistemi dəniz əməliyyatlarına tam hazırdır.

“Neftqaztikinti” tresti və “Global Maritime” şirkəti hazırda həm də layihənin bütün prosedurlarının beynəlxalq standartlara uyğunluğunun yekun yoxlanılmasını, layihəyə cəlb olunmuş işçi heyətin təlimatlandırılmasını, xüsusi ixtisaslaşmış podratçıların, o cümlədən dalğıcların, hidravlik çəkic operatorlarının və partladıcıların cəlb edilməsilə bütün zəruri avadanlığın və materialların mobilizasiyasını həyata keçirir.

Plana uyğun olaraq, dayaq blokunun dənizə salınmasından sonra blokun yataqda quraşdırılmasına başlanılacaq, bu da 400-450 gün çəkəcək.

Xatırladaq ki, Xəzər dənizinin tarixində neft və qaz hasilatı üçün ən nəhəng sualtı dayaq bloku olan “Qarabağ” dayaq blokunun hazırlanması işləri 2020-ci ilin avqust ayında tamamlanıb.

187 metr hündürlüyü və 16 302 ton ağırlığı olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaq. Dayaq bloku iki il ərzində inşa edilib. Layihə üzərində iş zamanı “BOS Şelf” şirkəti sağlamlıq, əməyin təhlükəsizlyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq 3,2 milyon təhlükəsiz adam-saat göstəricisinə nail olub. Layihəyə cəlb edilmiş insan resurslarının 95%-ni yerli kadrlar təşkil edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO