Elm və təhsil 09.09.2020 13:46

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Rakus.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, avqustun 14-dən sentyabrın 8-dək keçirilmiş imtahanlarda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda yerləşən 32 mərkəzdə 19 fənn üzrə keçirilmiş işə qəbul imtahanlarında 38 min 705 namizəd iştirak edib.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim edilib. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılıb.

İmtahanlarda ən yüksək nəticəni (60 bal) riyaziyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günel Kərimova, musiqi fənni üzrə Gəncə Dövlət Universitetinin məzunu Rəna Hüseynova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Leyla Ağayeva, ibtidai sinif müəllimliyi üzrə Bakı Qızlar Universitetinin məzunu Leyla Ağayeva əldə edib.

Avqustun 24-dən etibarən namizədlərə şəxsi səhifələrinə daxil olaraq apelyasiya müraciəti etmək imkanı yaradılıb.
Hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir. Test imtahanlarında 10 fənn üzrə müvafiq keçid balı toplamış namizədlər 9 sentyabr saat 23.59-dək elektron ərizələrində 8 vakant yer seçə bilərlər. Digər fənlər üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün keçiriləcək vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

Müsabiqədə iştirak etmək üçün 53 min 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 min 227 namizəd elektron ərizəsini təsdiqləyib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 min 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 min 228 namizəd iştirak hüququ qazanıb.

 

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO