Siyasi 17.09.2020 10:47

Xələf Xələfov erməni işğalından danışdı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinar keçirilib.

Rakus.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi SAM-ın direktoru Ufuk Ulutaş iki ölkə arasında ruhən dərin bağların olduğunu deyərək bu münasibətlərin strateji, akademik və intellektual səviyyədə də inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu kimi görüşlər bu münasibətlərin daha da irəliləməsinə böyük töhfə verir.

BMTM-in İdarə Heyətinin sədri səfir Fərid Şəfiyev son zamanlar həm bölgədə, həm də Türkiyə ətrafında müəyyən gərgin hadisələrin baş verdiyinə diqqət çəkib. O, iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu bildirib və sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra əlaqələr yeni mərhələyə qədəm qoyub və “bir millət, iki dövlət” şüarı altında sürətlə inkişaf edir.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin strateji əlaqələrdən əlavə dostluq, qardaşlıq səviyyəsində inkişaf etdiyini bildirib.

Nazir müavini deyib ki, hər iki ölkənin prezidentlərinin güclü liderliyi ilə əlaqələr sağlam və çoxtərəfli səviyyəyə çatıb. Bu gün Azərbaycanın Türkiyədə sərmayəsi 20 milyard, Türkiyənin Azərbaycana qoyduğu sərmayə 11 milyard dollar təşkil edir. O, əlaqələrin inkişafında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TANAP layihəsinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmini xüsusilə qeyd edib.

Y.S.Kıran bildirib ki, Türkiyədə qaz yatağının aşkarlanması əlaqələri başqa səviyyəyə çatdıracaq. S.Y.Kıran Cənubi Qafqazın strateji nöqtədə yerləşdiyini bildirib.

Onun sözlərinə görə, münaqişələr bölgənin potensialından istifadə etməyə imkan vermir: “Ermənistanın qurulduğu gündən bölgəyə qanunsuzluqdan başqa heç nə gətirmədiyi dünyaya bəllidir. Hücum siyasəti bu gün bu ölkənin siyasətinin əsasını təşkil edir.

Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməli və BMT TŞ və ATƏT-in qərarlarına əməl etməlidir. Tovuz istiqamətində Ermənistanın təxribatı bu ölkənin regionun inkişafında ən əsas mane olduğunu ortaya qoyur”.

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov çıxışı zamanı bildirib ki, qütbləşən dünyada Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir: “Tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişədə Türkiyənin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Hələ 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədləri bağlaması və Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsi bizim üçün xüsusi əhəmiyyətlidir. 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayon istiqamətində Ermənistan Silahlı Qüvvələrin atəşkəs rejimini kobud şəkildə pozması və ağır artilleriya ilə mülki və hərbi obyektləri hədəfə alması zamanı Türkiyənin yüksək səviyyəli rəsmiləri və Türkiyə cəmiyyəti tərəfindən Azərbaycana dəstək göstərilib. Türkiyə ilə əlaqələrin inkişafı Azərbaycan xarici siyasətinin mühüm tərkib hissəsidir”.

X. Xələfov bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri və bir-birini dəstəkləməsi üçüncü dövlətlərə qarşı nəzərdə tutulmayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəhbəri səfir Yönet Can Tezel qeyri-müəyyən dünyada sabit Türkiyə-Azərbaycan əlaqələrinin çox vacib olduğunu deyib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı Türkiyənin Suriya və Aralıq dənizində başının qarışıq olduğunu düşünənlər yanıldılar və Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edəcək.

XİN rəsmisi bildirib ki, Türkiyənin Azərbaycana dəstəyi tək tarixi, mədəni, qardaşlıq əlaqələri baxımından deyil, Azərbaycan həm də haqlı tərəfdir.

BMTM-in şöbə müdiri Cavid Vəliyev çıxışında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı konkret təkliflər irəli sürüb.

Onun sözlərinə görə, iki ölkə arasında Xarici İşlər nazirləri səviyyəsində koordinasiya və dialoq formatı formalaşdırılmalıdır. Həmçinin qarşılıqlı olaraq Türkiyə və Azərbaycan mətbuatında ölkələrin xarici və təhlükəsizlik məsələləri haqqında yazı yazanlar üçün xüsusi yer ayrılmalıdır.

O, bununla yanaşı, Türkiyə XİN və Azərbaycan XİN-də gənc diplomatları məlumatlandırmaq üçün kursların təşkilinin vacibliyini qeyd edib. Cavid Vəliyevin fikrincə, Türkiyə və Azərbaycanın qurduğu üçtərəfli – Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları daha çox işlədilməlidir.
Vebinara sual-cavab sessiyası ilə yekun vurulub.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO