Elm və təhsil 17.09.2020 17:45

Deputat yüksək bal toplayan gənclərlə görüşdü

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə təşkilatın inzibati binasının həyətində görüş keçirilib. YAP-ın Siyasi Şurasının üzvü, partiyanın İcra Katibliyinin təşkilat şöbəsinin müdiri və Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov ilk öncə gəncləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.

Rakus.az xəbər verir ki, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Azərbaycanda təhsilin ikişafı prioritet istiqamətlərdən biri hesab olunur. Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur. Məhz bu səbəbdən də Dünya Bankının son məlumatına görə, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.

Millət vəkili qeyd edib ki, dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Siz isə dövlətimizin təhsilə və tələbələrə olan qayğısından daha da faydalanaraq peşəkar kadr kimi formalaşmaqla respublikamızın və xalqımızın inkişafına dəyərli töhfələrinizi verməlisiniz. Bu müqəddəs yolda hər birinizə uğurlar arzulayıram.

Valideynlərin və müəllimlərin də iştirak etdiyi görüşdə Aydın Hüseynov gənclərin qazandığı uğurlara görə onları da təbrik edərək hər birinə dərin təşəkkürünü bildirib.

Görüşdə çıxış edən gənclər ölkəmizdə gənc nəsil üçün yaradılan geniş və hərtərəfli şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının rolunun son dərəcə böyük olduğunu qeyd edən gənclər dövlətin və partiyanın gənclərə göstərdiyi diqqətə təhsildə qazanacağı uğurlar və savadlı mütəxəssis olaraq vətənə layiqli xidmət edəcəkləri ilə cavab verəcəklərini bildiriblər.

BOSŞELF MMC-nin insan resursları departamentinin rəisi Cavanşir Əliyev, YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova, təşkilatın aparat rəhbəri Ramiz Yusubov, 274 saylı orta məktəbin direktoru Nəriman Mürsəliyev və başqaları gənclərə xoş arzularını çatdırıblar. Sonda tgənclərə soyadları və adları yazılan, o cümlədən qəbulda topladıqları balları əks etdirən hədiyyələr və kitablar təqdim olunub, xatirə şəkilləri çəkilib.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO