Nazir Avropa İttifaqının komissarı ilə müzakirə apardı
Xarici İşlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhely ilə telefon danışığı zamanı ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini müzakirə ediblər.
Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin Azərbaycanla Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji ilə təmin edilməsi üçün Azərbaycanın təşəbbüsü, iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli, layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər digər maraq doğuran məsələləri müzakirə ediblər.