Oyun qolsuz heç-heçə ilə başa çatdı
Sentyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib.
Rakus.az xəbər verir ki, turun açılış görüşü Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” klubu “Keşlə” komandasını qəbul edib.
Görüşdə hesab açılmayıb.
Matçın 67-ci dəqiqəsində Nikolas Raysel ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Qəbələ” 2 xalla yeddinci yerdə qərarlaşıb. “Keşlə” isə 5 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Xatırladaq ki, günün ikinci görüşü “Kapital Bank Arena”da baş tutacaq. “Sumqayıt” öz meydanında “Səbail” klubunu qəbul edəcək. Qarşılaşma saat 19:15-də start götürəcək.
Turun digər oyunu sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionu keçiriləcək. “Zirə” komandası “Sabah”ı qəbul edəcək. Matç saat 18:00-da başlayacaq.
Çempionatın üçüncü turuna həmin gün saat 20:15-də baş tutacaq “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunla yekun vurulacaq.
Mərkəzi qarşılaşma “Azərsun Arena”da təşkil olunacaq.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.