Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Rakus.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Zirə Olimpiya İdman Kompleksində eyniadlı komanda “Sabah”ı qəbuledib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi oyunu Suraxanıda təşkil olunub.
Avrokuboklardan məğlubiyyətlə dönən iki komandanın – “Qarabağ”la “Neftçi”nin duelində ikincilər qalib gəlib – 2:1.
Turun ilk iki oyunu dünən keçirilib. “Qəbələ” – “Keşlə” matçında qolsuz bərabərlik qeydə alınıb, “Sumqayıt” isə öz meydanında “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
III tur
20 sentyabr (bazar)
“Zirə” – “Sabah” – 0:2
Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
“Qarabağ” – “Neftçi” – 1:2
Qollar: Kvabena Ovusu, 10 – Voyislav Stankoviç, 12, Namiq Ələsgərov, 68