Siyasi 22.09.2020 23:00

XİN-də Portuqaliya səfiri ilə görüş oldu - FOTO

Sentyabrın 22-də Xarici İşlər naziri Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri Paula Leal da Silvanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Rakus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Görüşdə, həmçinin Portuqaliyanın Azərbaycandakı Fəxri konsulu Murad Rəhimov iştirak edib.

Nazir Ceyhun Bayramov Portuqaliya səfirinin ölkələr arasında münasibətlərin inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan – Portuqaliya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli əsaslarda genişləndirilməsi imkanlarının mövcud olduğunu qeyd edib. Xarici İşlər Nazirlərlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfir Paula Leal da Silva öz hökuməti adından Ceyhun Bayramovu nazir təyin edilməsi münasibətilə təbrik edib. Səfir Azərbaycanda fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini bildirib. Fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov Portuqaliya səfirinə bölgədə həll olunmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də bölgədə müşahidə olunan gərginlik barədə məlumat verib. Ermənistan hökumətinin təhrikçi və təxribatçı fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğu qeyd edilib. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.

Səfir Paula Leal da Silva ölkəsinin mövqeyinin bəlli olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini qeyd edib.

Tərəflər, həmçinin ümumdünya sağlamlıq böhranı ilə münarizə mövzusuna toxunaraq, bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Portuqaliya səfiri Azərbaycan Respublikası Prezidentinin Covid-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi xüsusi qeyd edərək, bu təşəbbüsün Portuqaliya hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO