Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.
Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda – bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.
Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.
Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq.
AVROPA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURALARI
Almaniya Azərbaycanlıları Koordinasiya Şurası
Fransa Azərbaycanlılarının Koordinasiya Şurası
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası
Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası (Finlandiya, İsveç, Norveç, Danimarka)
İtaliya Azərbaycanlıları Koordinasiya Şurası (Malta)
İspaniya Azərbaycanlıları Koordinasiya Şurası
Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (Latviya, Litva, Estoniya)
Polşa Azərbaycanlıları Koordinasiya Şurası
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası
(Macarıstan, Monteneqro, Yunanıstan, Rumıniya, Çexiya, Serbiya, Albaniya, Xorvatiya, Slovakiya)
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin tərkibi
AVSTRİYA
Avstriya Azərbaycanlıları Birliyi Fərid Əzizov
“Azer Der” Cəmiyyəti Yardım Günəş
İSRAİL
AZİZ Lev Spivak
İsrail Azərbaycan Ev
GÜRCÜSTAN
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
“Borçalı İrəli” İctimai Birliyi
M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi
Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası
UKRAYNA
“Ukrayna Azərbaycanlılarının Radası”
RUSİYA
“Moskva Azərbaycanlıları İcması”
“Moldova Azərbaycanlıları Konqresi”
“Azərbaycan-Ural” İctimai Təşkilatı
“Azərbaycan Diasporası”nın Arxangelsk regional təşilatı
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”
Rusiya Azərbaycanlıları Diaspor Təşkilatlarının Konfederasiyası
Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
“Dostluq” Azərbaycan Primorye ictimai təşkilatı
“Samara Vilayəti Azərbaycanlılarının Liqasi”
QAZAXISTAN
“Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi
“Birlik” azərbaycanlı icmasının sədri
“Namus” Azərbaycan Milli-Mədəniyyət Mərkəzi
“Ozan” Almatı şəhər Azərbaycanlıların Cəmiyyəti
“Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyi
“Novruz” Azərbaycan Etno-Mədəni Mədəniyyət Mərkəzi
“Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyi
“Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi”
“Heydər” Gənclər Birliyinin sədri
“Xəzər” Azərbaycan etnomədəni birliyi
Yeni Yol-“Novıy put” kəndində “Nəsimi” Azərbaycan Mədəniyyət Mərkəzi
“Heydər” Xeyriyyə Cəmiyyəti
“Azbirlik” Etno-mədəni Birliyinin sədri
“Dostluq” Azərbaycan Etno-Mədəni Birliyi
“Dostluq” Azərbaycan Mərkəzi İctimai birliyi
“Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi
“Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi” rəhbəri
“Naxçıvan” Azərbaycanlı etnomədəni mərkəzi” ictimai birliyi
“Birlik” Milli-Maarif Cəmiyyəti
Şərqi-Qazaxıstan vilayətinin “Azərbaycan etno-mədəni birlik” İctimai Birliyi
“Mehriban” Azərbaycan Mərkəzi etno-mədəni birliyi
“Arzu” Azərbaycan Etno-mədəni İctimai Birliyi
“Yasəmən” Azərbaycan Etno-Mədəni Mərkəzi
ÖZBƏKİSTAN
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi
QIRĞIZISTAN
“Azəri” İctimai Birliyi
TÜRKİYƏ
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu
Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER)
İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD)
Azərbaycan Təhsil və Kültür Dərnəyi
Bursa Azərbaycan Kültür Dərnəyi
Eskişəhər Azərbaycanlılar Dərnəyi
Gənc Azərbaycanlılar Dərnəyi
Kocaeli Derince Azərbaycan Evi Dərnəyi
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi
Qars Azərbaycan Evi Dərnəyi
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF)
TADDEF-Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
“Can Azərbaycan” Media Şirkəti
Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER)
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan Evi
Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi
Adana Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi
Antalya Azərbaycan Evi Dərnəyi
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi (AKİDER)
İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
İzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
“Çağdaş” Azərbaycan Kültür Dərnəyi
Edirne Azərbaycan Evi Dərnəyi
Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır şöbəsi
İstanbul Azərbaycan Kültür Evi
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
Turgutlu Azərbaycan Kültür Dərnəyi
Ankara Azərbaycan Evi Dərnəyi
Amasya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi
Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi
Azərbaycanlı Həkimlər Dərnəyi (AHD)
İstanbul-Azərbaycan Dostluq Dərnəyi
“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
İstanbul-Azərbaycan Teleteatrı
Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
“Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri
Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem)
Anka Azərbaycan Rəqs və Sənət Klubu
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (İÜ Azerbaycan Kültür ve Dayanışma Topluluğu)
Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi
Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyinin sədri
Trabzon Azərbaycan Təhsil, Kültür və Həmrəylik Klubu
Heydər Əliyev adına Azərbaycan məktəbi
Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin sədri,
Dərnəyin nəzdində Hüseyn Cavid adına məktəbi
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəb
Balıkesir Azərbaycan Evi Dərnəyi
Çanakkale Azərbaycan Evi Dərnəyi
Amasya Azərbaycan Kültür Dərnəyi
Amasya Azerbaycan Türkleri Kültür Sanat və Dayanişma Dərnəyi
Samsun Azərbaycan Kültür və Dayanışma Dərnəyi
“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi (AGAH)
Azərbaycan Milli Rəqs və Kültür Dərnəyi
Mübariz Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH)
İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
Celal Bayar Üniversitesi Manisa Azerbaycanlı Öğrenciler Topluluğu
Bursa Uludağ Üniversiteti Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi
Düzce Üniversitesi Türk Dünyası Topluluğu
ZONGULDAK Bülent Ecevit universiteti Azərbaycan Kültür Topluluğu
Azərbaycan Gənlik Təşkilatının (Bardin)
Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi – AGİH
Konya Azərbaycanlı Tələbələr Birliyi
Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi
Manisa Azərbaycanlı Tələbələr Birliyinin sədri
Kocaeli Azərbaycanlı Tələbələr Birliyinin sədri
Qars Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi
Kayseri Azərbaycanlı Tələbələr Birliyi
Burdur Mehmet Akif Ersoy üniversitesi Azərbaycanlı Tələbələr Topluluğu
Muğla Universiteti Azərbaycan Kültür və Həmrəylik Cəmiyyəti
Kastomonu Azərbaycan Universiteti Azərbaycan Kültür və Həmrəylik Topluluğu
Konya Azərbaycanlı Tələbələr Birliyi
Erzurum Azərbaycanlı Tələbələr Birliyi
Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi
Avstraliya İttifaqı
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi
Avstraliya-Azərbaycan Assosiasiyası
Yeni Zelandiya
“Azəri”Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri
Misir Ərəb Respublikası
Vətənpərvər-Misirdə Azərbaycanın Diaspor Təşkilatları Birliyi
Oman Sultanlığında yaşayan azərbaycanlılar
Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar
Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlılar
Çin Xalq Respublikasında yaşayan azərbaycanlılar
İordaniya Haşimilər Krallığında yaşayan azərbaycanlılar
Tailand Krallığında yaşayan azərbaycanlılar