Siyasi 03.10.2020 15:23

Dağlıq Qarabağın Azərbaycanlı İcması ermənilərə müraciət etdi

“Artıq yeddinci gündür, təcavüzkar Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı raket və artilleriya atəşlərini davam etdirir”.

Rakus.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun fikrincə, bu, bir daha onu göstərir ki, onlar işğalı davam etdirmək niyyətindədir:

“Biz Ermənistanın təcavüzünə, Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı etdiyi bu cinayətlərə cavab olaraq bildirdik ki, 30 ildir, münaqişənin tənzimlənməsini gözlədik. Ancaq onlar nəinki sülhə gəldilər, hətta yeni əraziləri ələ keçirməklə bağlı yeni bəyanatlar səsləndirdilər.

Bizim Konstitusiyanın 9-cu maddəsi məhz silahlı qüvvələrdən bəhs edir. Silahlı Qüvvələrimiz hazırda torpaqlarımızı işğal edənlərə qarşı əməliyyat keçirməklə, oradan qovulmuş insanların geri qayıtması üçün cəhdlər edir. Biz də icmanın üzvləri, nümayəndələri kimi Silahlı Qüvvələrimizin bu əks-həmlə əməliyyatlarını dəstəkləyirik”.

Tural Gəncəliyev hazırda Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan erməni sakinlərinə müraciət edib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri heç bir vəchlə orada yaşayan mülki əhaliyə qarşı heç bir silah işlətmir:

“Əksinə, beynəlxalq hüququn bütün prinsiplərini qoruyur. Orada yaşayan erməni sakinlərə səslənirəm ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı silah götürməsinlər. Bilsinlər ki, Azərbaycan Silahlı Qüvvələri bu gün keçirdiyi əməliyyatlarla həm Azərbaycan Respublikasının torpaqlarını işğaldan azad edir, həm də oradan qovulan əhalinin hüquqlarını bərpa edir.

Orada yaşayan erməni əhali bunu başa düşməlidir. Bu əməliyyatlardan sonra orada yaşayan etnik azlıqlar da bölgəyə qayıdan azərbaycanlılarla birgə yaşamaq hüququ qazanacaqlar.

Ordumuzun həyata keçirdiyi əməliyyatın əsas məqsədi yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını bərpa etməkdir. Oradakı ermənilər Azərbaycan silahlı qüvvələrinin mərhəmətinə sığınsınlar”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO