Ermənistan Dağlıq Qarabağın işğalında olduğu kimi regionda hər zaman işğalçılıq siyasəti yürüdüb. ASALA terror qruplaşmasını yaradan ermənilər türk diplomatları və iş adamlarını qətlə yetirib.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” saytının hazırladığı məqalədə qeyd olunub.
İlk dəfə 20-ci əsrdə “dövlət”i olan ermənilər qısa zamanda onlarla qətliam törədib. İrəvanda azərbaycanlılara qarşı soyqırım və barbarlıq aktları törədilib. Sovet İttifaqının dağılmasından sonra isə 1992-ci ildə Xocalı soyqırımı zamanı 613 azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər.