Hikmət Hacıyev: “Ad günün mübarək, Nigar!”
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan 15 yaşlı Nigarın ad günü il bağlı paylaşım edib.
Rakus.az xəbər verir ki, H.Hacıyev bununla bağlı fikirlərini “Twitter” səhifəsində yazıb:
“Ad günün mübarək, Nigar. Qonşumuzun qaniçən Ermənistan olduğu üçün bizi bağışla. Dinc vətəndaşların, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir”.
O bildirib ki, Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb.
#HappyBirthdayNigar. We are sorry that our neighbor is bloodthirsty #Armenia. Killing civilians/kids is standard practice of Armenia’s armed forces.Nigar along with her neighbours were killed day before her birthday as a result of Armenia’s deadly missile attack to #GanjaCity pic.twitter.com/FZ5JeDRsy2
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 18, 2020