Gündəm 19.10.2020 19:15

İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”

İrəvan danışıqlar prosesində konstruktiv davranacağı halda, Bakı hərbi əməliyyatları qısa müddətdə dayandırmağa hazırdır.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-a müsahibəsində söyləyıb.

“Vəziyyətin hələ də qaynar mərhələdə olması bizim günahımız deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan uzunmüddətli danışıqlar prosesi ilə hazırlanan tənzimlənmə prinsiplərinə sadiqdir. Əgər Ermənistan danışıqlar prosesində konstruktiv davranarsa, biz günü sabah hərbi fəaliyyətləri dayandırmağa hazırıq, ancaq bizim İrəvandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış baza prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”, –  İlham Əliyev Moskvada razılaşdırılmış atəşkəsə qayıtmaq şansı görüb-görməməsi yoxsa atəşkəsin tamamilə pozulması ilə bağlı suala cavabında bildirib.

Dövlət başçısı eyni zamanda danışıqlar prosesinin pozulmasında erməni tərəfinin məsuliyyət daşıdığını qeyd edib.

“Bu yaxınlarda Ermənistan rəhbərliyi yenidən faktiki olaraq baza prinsipləri rədd edən çox təhlükəli bəyanatlarla çıxış etdi. Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesini pozmağa yönəlmişdi. Mən artıq onların çoxsaylı bəyanatları, təxribat xarakterli fəaliyyətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də əgər erməni tərəfi nəhayət hərbi təxribatlar yolunun onları fəlakətə aparacağını başa düşərsə, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masasında həll etməyə hazırıq”, – İlham Əliyev qeyd edib.

Ölkə başçısı həmçinin Bakının tərəfdaşları ilə təmaslar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayıb.

“Əvvəldən də, münaqişənin həlli üçün aparılan danışıqlar prosesində də biz hər zaman beynəlxalq hüquqa və münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizə əsaslanmışıq. Azərbaycanın Moskvadakı danışıqlardan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdıq. Ancaq təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu – heç 24 saat keçmədən yuxuda olan Gəncə şəhərinə hücum edildi”, – Prezident bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, zərbə bilərəkdən yaşayış məntəqələrinə vurulub və ilk hücumdan sonra çox sayda ölü və yaralılar olub.

“Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu və bununla da vasitəçilərə və Moskvada bu qədər uzun danışıqlardan sonra üzərinə götürdüyü öhdəliklərinə hörmətsizlik göstərdi.

Əsirləri və ölənlərin cəsədlərinin mübadiləsi məqsədilə atəşkəsin şərtlərinin razılaşdırılmasından sonra Ermənistan atəşkəs rejimini döyüş meydanında da pozdu. Ancaq görünür bu onlara kifayət etməyib və onlar Gəncə şəhərinə hücum ediblər.

Yeri gəlmişkən, iki gün əvvəl gecə onlar yenidən bunu etdilər. Bu çox alçaq cinayətdir, bu beynəlxalq terrorizmdir. Dünya ictimaiyyətinin bu qanlı cinayəti yekdilliklə qınaması ondan xəbər verir ki, onlar bundan sadəcə belə yaxa qurtara bilməyəcəklər”, – Prezident bildirib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO