Gündəm 23.10.2020 14:11

Paşinyan sərsəm bəyanatı ilə danışıqlar prosesini məhv etdi – Baş redaktor

“Bu gün biz Ermənistanın baş naziri Nikol Paşinyanın hər hansı cəhdlərini müşahidə edərkən, həmin cəhdlərində sülhə, yaxud danışıqlar prosesinə dair fikirlərinə dair heç nə görə bilmirik və bundan təəccüb etməyə də dəyməz”. Sözügedən fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu “Nikkei” nəşrinə verdiyi müsahibəsində irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı hazırkı dövrə qədər dünyanın bir çox nüfuzlu media qurumlarına verdiyi müsahibələrində hər dəfə xatırladıb ki, Azərbaycan dövləti 30 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı tərəf kimi çıxış edib, bir sıra təşəbbüslər irəli sürməklə, işğal faktının aradan qaldırılması üçün bütün mümkün vasitələr irəli sürüb və qarşı tərəf, yəni Ermənistan hakimiyyəti bu təşəbbüs və təkliflərdən müxtəlif üsullarla qaçıb, sülh prosesinin həyata keçirilməsində maraqlı olmadığını nümayiş etdirib: “Hazırda isə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti məhz xalqının iradəsinə söykənərək, beynəlxalq hüquq tərəfindən tanınan və dəstəklənən qərarları əsas götürməklə, işğal altındakı ərazilərimizi hərbi yolla azad etmək siyasətini həyata keçirir. Belə olan məqamda biz digər bir nüansa diqqət yetirməliyik. Nikol Paşinyan artıq bəyan edib ki, o sülhə hazır deyil və eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri, habelə Qarabağdan İrəvana qaçmış erməniləri cəbhəyə yollanmağa səsləyir. Aydındır ki, Paşinyan siyasi hakimiyyətinin ömrünü uzatmağa çalışır, amma digər tərəfdən unudur ki, pafos və saxta vətənpərvərlik şüarları vasitəsi ilə xalqını açıq-aşkar, başqasının torpağında ölməyə göndərdiyi övladlarına görə onun öz hakimiyyətini itirməsi ilə yanaşı, fiziki məhvi də reallaşa bilər. Paşinyanın bu qədər ağır və sarsıdıcı məğlubiyyətdən sonra xalqının əlindən qurtulması elə də inandırıcı görünmür, yəni o rahat şəkildə qaçaraq canını qurtara bilməyəcək”.

“Əbəs deyil ki, cənab İlham Əliyev yapon nəşrinə verdiyi müsahibəsində də həmin amillərə toxunub və bildirib ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır”, deyə xatırladan “SƏS” qəzetinin baş redaktoru onu da bildirib ki, Paşinyan bu addımları ilə məhz təhrikedicilik törədir, danışıqlar prosesinin mənasızlığını ortaya qoyur: “Ermənistan dinc şəhərlərimizə ballistik raketlər atdı, mülki vətəndaşlarımızı öldürdü və yaraladı, bu gün də həmin cinayətlər törədilməkdədir. Digər bir məsələyə də diqqət yetirək. Baxın, hətta insani dəyər, humanistlik məqsədi ilə Moskvada əldə olunmuş birinci razılaşmanı və sonrakı razılaşmanı yenə də Paşinyan pozdu. Bu gün Ermənistanın terror siyasətini Qarabağ cəbhəsində davam etdirməsi marağı artıq həmin ərazilərdə epidemioloji təhlükə riskinin də artmasına səbəb olmaqdadır. Halbuki, Azərbaycan tərəfi sonradan birtərəfli qaydada təklif irəli sürmüşdü ki, düşmən öz ölmüş hərbçilərinin döyüş meydanından yığsın və biz yenə də bunun qarşılığında qeyri-insani rəftarın şahidlərinə çevrildik”.

Bəhruz Quliyev Azərbaycan dövlətinin ermənilərin Qarabağda məskunlaşması mümkünlüyünü bəyan etməsini də şərh edib və bildirib ki, bu barədə Prezident İlham Əliyev sözügedən nəşrə müsahibəsində vurğulayıb: “Torpaqlarımız işğaldan tam azad olunduqdan sonra Azərbaycan dövləti ermənilərə mədəni muxtariyyət verə bilər və belə bir təklifin irəli sürülməsi də sübut edir ki, Azərbaycan daim sülh carçısı olaraq çıxış edir. Amma bu o demək deyil ki, düşmən dövlətimizin humanizm prinsipinə söykənən siyasətindən öz kirli, terrorçuluq məqsədləri üçün istifadə edə bilər. Yəni bizim erməni xalqı ilə işimiz yoxdur, yalnız təhlükə yaradan qüvvələrinə, silahlı birləşmələrinə, onların vəhşiliyinə qarşı əlbəttə ki, humanizm nümayiş  etdirə bilmərik. Bu baxımdan, bu gün hər birimiz xalq olaraq Ali Baş Komandanımızın ətrafında birləşərək, vahid şəkildə öz ədalətli, haqlı vətən müharibəmizi davam etdirir, qələbələrə doğru addımlayırıq”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO