Hikmət Hacıyev: “ATƏT-in Minsk qrupu ermənilərin qanunsuz məskunlaşdırma siyasətinə reaksiya verməyib”
Ermənistan tərəfindən işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirilib.
Rakus.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun qarşısında bu məsələ qaldırılsa da, buna zəruri və adekvat reaksiya verilməyib:
“Yaxın Şərqdə olan erməni əsilli insanlar işğal altında olan torpaqlarımızda məskunlaşdırılıb”.
“Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən maddi-mədəni irsin, demoqrafik tərkibin dəyişdirilməsi, həmin ərazilərin qazanc məqsədi ilə istifadə edilməsi də qadağan edilmiş hallardır.
Bunların hər biri müharibə cinayəti kimi təsnif edilməlidir”, – H.Hacıyev qeyd edib.