Ronaldu qələbə qolu vurdu
İtaliya A Seriyasının 6-cı turundə “Yuventus” klubu “Speziya”nın qonağı olub.
Rakus.az xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində “Yuventus”un ispaniyalı hücumçusu Alvaro Morata topu tora qovuşdurub.
Ev sahibi 32-ci dəqiqədə Tomasso Pobeqanın vurduğu qolla hesaba tarazlıq gətirib: 1-1. Qarşılaşmanın ilk hissəsi bu hesabla başa çatıb.
İkinci hissəsnin 56-cı dəqiqəsində argentinalı Paulo Dibalanı əvəzləyən və yenicə koronavirusdan sağalan “Yuventus”un portuqaliyalı ulduzu Kriştianı Ronaldu üç dəqiqə sonra fərqlənməyi bacarıb və komandasını yenidən hesabda önə çıxarıb.
Qarşılaşmanın 67-ci dəqiqəsində “Yuventus”un fransalı futbolçusu Adrien Rabiot da fərqlənib. Oyunda son növqətni 76-cı dəqiqədə K.Ronaldu qoyub. O, komandasının 4-cü, özünün 2-ci qolunu təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə vurub.
Bu qələbədən sonra “Yuventus” 12 xalla 3-cü, “Speziya” beş xalla 17-ci yerdə qərarlaşıb.