Premyer Liqada 8-ci turuna yekun vuruldu
Noyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turunun ikinci gününün oyunları keçirilib.
Rakus.az xəbər verir ki, günün birinci oyunu “Kapital Bank Arena”da keçirilib. “Neftçi” klubunu qəbul edən “Sumqayıt” doğma divarlar arasında xal itirib.
Matçda qapılara qol vurulmayın – 0:0.
Günün ikinci oyunu “Azərsun Arena”da təşkil olunub. “Qarabağ” öz meydanında “Keşlə”ni 6:1 hesabı ilə darmadağın edib. Ağdam təmsilçisinin qollarını Filip Ozobiç (4, 60), Bədavi Hüseynov (12), Kvabena Ovusu (38) və Mahir Emreli (65, 89) vurub. Paytaxt klubunun heyətində isə Vüsal İsgəndərli (26) fərqlənib.
Xatırladaq ki, turnir cədvəlinə 15 xalla “Sumqayıt” klubu başçılıq edir. Aktivində 14 xal olan “Neftçi” ikinci, 12 xalı olan “Qarabağ” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (12), “Keşlə” (9), “Qəbələ” (8), “Səbail” (6) və “Sabah” (6) yer alıb.