Azərbaycanın Ağdam rayonunun Mahrızlı kəndində məktəb binası Ermənistanın silahlı qüvvələri tərəfindən ağır atəşə məruz qalıb.
Rakus.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində bildirib.
O, bunun Ermənistan XİN rəhbərinin mülki və qeyri-hərbi obyektləri hədəfə almayacağına dair Cenevrədə götürdüyü öhdəlikdən az sonra baş verdiyini xatırladıb.