Bu cür təhrikedici bəyanatlarla və uydurma rəvayətlərlə Ermənistan XİN Azərbaycan mülki əhalisinə qarşı ayrı-seçkiliksiz hücumlara zəmin hazırlayır.
Rakus.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Ermənistan terrorçuluğa dəstək verən ölkə olaraq Gəncə, Bərdə və digər yerlərə “Smerç” və SKAD ballistik raketlərlə etdiyi hücumla əsl simasını nümayiş etdirdi.