Qurban Qurbanov: “Qrupdan çıxmaq üçün işimiz çətinləşdi”
“Sivasspor”u təbrik edirəm. Çox yaxşı oynadılar. Biz də çox istəkli idik. Daha yaxşı oynamaq istərdik”.
Rakus.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə “Sivasspor” klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
“Sivasspor” bu gün çox yaxşı müdafiə olundu. Buraxdığımız qola baxmayaraq, topa sahib olmağa çalışdıq. Qrupdan çıxmaq üçün işimiz çətinləşdi”, – mütəxəssis bildirib.
“Qarabağ”ın kapitanı Maksim Medvedev də oyunla bağlı fikirlərini bölüşüb: “Rəqib komandanı təbrik edirəm. Bizi yaxşı analiz etmişdilər. Əks-hücumlardan çox istifadə etdiklər. Bununla bağlı problemlərimiz vardı. Bura 3 xal üçün gəlmişdi. Öz oyunumuzu oynaya bilmədik. Qalan qarşılaşmalara yaxşı hazırlaşmalıyıq”.