Erməni pastoru: “Mənimlə birlikdə 60 nəfər döyüşmək istəmirdi”
“Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər”.
Rakus.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan deyib.
Hovsep Saakyan Araratoviç erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb:
“İmanlı insan kimi həmvətənlərimə müraciət edib deyirəm ki, əllərinə silah götürməsinlər və döyüşə getməsinlər. Çünki həmin ərazilər bizim ərazi deyil və biz başqa ölkənin ərazisində vuruşuruq.
Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar öz evlərinə qayıtmaq istəyirdilər. Mənim doqquz aylıq qızım var. Necə ki, mən qızımı görmək istəyirəm, onlar da öz övladlarını görmək istəyir”.