Siyasi 06.11.2020 18:00

Karen Şahnazarov: “Azərbaycanlıların ərazi bütövlüyünü bərpa edəcəkləri bəlli idi”

Rusiyalı kinorejissor, Rusiyanın Xalq Artisti Karen Şahnazarov bildirib ki, Azərbaycan və Ermənistan gələcəkdə Dağlıq Qarabağda revanş alma ehtimalını istisna edəcək sülh müqaviləsi bağlamalıdırlar.

“Tərəflərin, nəticədə, gələcəkdə revanş tələb etməyəcək bir sülh bağlamaq üçün kompromis tapmağı daha yaxşıdır. Elə bir kompromis tapmaq lazımdır hər iki tərəfi razı salsın, sərhədləri açmağa, əməkdaşlıq etməyə imkan versin. Çox güman ki, bir müddət sonra yeni nəsil bu fürsətləri necə isə tapacaq, vaxt hər şeyi sağaldır… Bu cür hadisələr ilk dəfə deyil. Ötən əsrin 20-ci illərində oxşar hadisələr olmuşdu, amma sonra ermənilər və azərbaycanlılar normal yaşadılar, mənim atam Bakıda doğulub. Buna görə düşünürəm ki, bir növ prinsipial kompromis axtarmaq zəruriyyəti var. Ancaq təəssüflər olsun ki, indi gördüyüm budur ki, nə qədər çox qurban varsa, kompromis tapmaq bir o qədər çətindir”, özünün Qıpçaq kökənli olduğunu dəfələrlə qeyd edən K. Şahnazarov Rusiyanın “Den TV” kanalının efirində bildirib.

Onun fikrincə, münaqişə, ilk növbədə, Azərbaycanın ərazi toxunulmazlığına təsir edib və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

“Mən etiraf etməyi vacib bilirəm ki, Azərbaycanın ərazi bütövlüyü problemi var və bunun (işğalı nəzərdə tutur – red) əbədi davam edəcəyi barədə illüziya Ermənistan rəhbərliyini pis vəziyyətdə qoydu. Şübhəsiz ki, maliyyə imkanlarına sahib olan azərbaycanlıların gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkləri bəlli idi”, deyə K.Şahnazarov vurğulayıb.

K.Şahnazarov həmçinin Ermənistanın 20 il əvvəl bu münaqişəni sülh yolu ilə həll etmək şansının olduğunu qeyd etdi.

“Bu yaxınlarda Ermənistanın birinci prezidenti  Ter-Petrosyanın bir il əvvəl BBC telekanalına verdiyi müsahibəsini gördüm və çox maraqlıdır ki, erməni ictimaiyyətinin bir hissəsi onu görməzdən gəlib. Orada sabiq prezident qeyd edir ki, 1997-ci ildə praktiki olaraq razılığa gəlinib ki, azərbaycanlıların əzəli olaraq yaşadığı yeddi rayon bu ölkəyə qaytarılır və bir müddət sonra erməni tərəfi üçün müəyyən bir status nəzərdə tutulub.  Görünür bu status azərbaycanlılara da qane edirdi. Ancaq Ter-Petrosyanın qeyd etdiyi kimi, bu baş vermədi, çünki Qarabağda ermənilərinin  başında dayananlar buna qarşı idi. Erməni tərəfi son hərbi toqquşmalardan xeyli əvvəl kompromisə getməli idi”, – K. Şahnazarov söyləyib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO