Azərbaycanın bir qrup mətbuat nümayəndəsi erməni işğalından azad edilmiş Zəngilan rayonunda olublar.
Rakus.az xəbər verir ki, AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbiri Məhərrəm Əlioğlu xəbər verir ki, jurnalistlər Zəngilan rayonunun Mincivan qəsəbəsi və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olublar, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər. Həmin görüntüləri təqdim edirik.
Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. Bu yaşayış məntəqələri arasında Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi də var.