“Otuz ildir Ermənistan tərəfindən işğal altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır”.
Rakus.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
“Hətta kərpic və daş da talan edilib. Tezliklə Ermənistanın törətdiyi bu cür dağıntılar geri dönəcək məcburi köçkünlərin gələcəyi üçün yenidən tikiləcək”, – H.Hacıyev qeyd edib.