Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində erməni vəhşilikləri barədə paylaşım edib.
Rakus.az xəbər verir ki, o, erməni barbarlığının növbəti sübutu olan meşələrin məhv edilməsindən yazıb.
“Ekologiya Nazirliyi Azərbaycanın işğal altındakı torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terroru və fəlakəti müəyyən etdi. Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri ləğv edildi. Vəhşi heyvanlar da bundan kənarda qalmayıb”.