Millinin matçını rusiyalı hakimlər idarə edəcək
UEFA Milllətlər Liqasında V turun Azərbaycan – Monteneqro matçı üçün təyinatlar açıqlanıb.
Rakus.az xəbər verir ki, qarşılaşma Rusiyadan olan hakimlər briqadasına həvalə edilib.
Referi Sergey İvanov a Roman Usaçyov və Valeri Dançenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Kirill Levnikov yerinə yetirəcək.
İsrailli Şmuel Şteyf hakim-inspektor, sloveniyalı Tuqomir Frayman UEFA nümayəndəsi olacaq.
2014-cü ildən beynəlxalq təyinat alan İvanov daha əvvəl “Qarabağ”ın matçını idarə edib. 36 yaşlı referi 2019/2020 mövsümündə Avropa Liqasının pley-off mərhələsində Ağdam təmsilçisinin Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu 2:1 (ilk görüş – 2:3) hesabı ilə məğlub etdiyi görüşdə iş başında olub.
Noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.