Siyasi 15.11.2020 20:20

Kəlbəcərin təhvili uzadıldı: Ağdamın birinci qaytarılmasına gətirib çıxaran SƏBƏBLƏR - VİDEO

Bilindiyi kimi, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış Bəyanata əsasən, işğal altında olan üç rayonun Azərbaycana təhvil verilməsi nəzərdə tutulur.

İlkin anlaşmaya görə, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək təhvil verilməli idi.

Artıq xarici media orqanlarının yaydığı videogörüntülərdən də bəlli idi ki, Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış erməni əhalisi artıq köçməyə başlayıb. Bu üzdən bu gün Azərbaycan ictimaiyyəti Kəlbəcərin hərbçilərimiz tərəfindən tam nəzarətə alınacağı gözləyirdi.

Ermənilərin Rusiya vasitəsilə Azərbaycandan xahişi

Lakin bu gün Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Kəlbəcər rayonunun təhvil verilməsi prosesinin 10 gün sonraya – noyabrın 25-nə keçirildiyini açıqladı:

“Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Onların gedəcəyi yol Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb… Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”.

Göründüyü kimi, Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putinə Kəlbəcərin təhvil verilməsi üçün Azərbaycanın vaxt verməsini istəyib. Azərbaycan prezidenti İlham Əliyevlə Putin arasındakı telefon danışığı zamanı bu məsələdə müzakirə mövzusu olub.

Ölkə başçısının humanist addımı nəticəsində ermənilərə daha 10 gün müddət verilib. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb.

Ağdamın birinci təhvil verilməsi daha məqsədəuyğundur

Əslində bu məsələdə 10 gün səbirli olmaq kifayətdir. Ağdamın işəal altında qalan rayonlardan birinci təhvil verilməsi daha məqsədəuyğundur. Bu məsələdə indi qeyd edəcəyimiz məsələ də nəzərə alınıb.

1. Deyək ki, Kəlbəcər bu gün Azərbaycan Ordusunun ixtiyarına keçsəydi, Ağdamda məskunlaşmış ermənilər Dağlıq Qarabağın hazırda ermənilərin əlində olan ərazilərində qalmağa məcbur olurdu. Çünki onlar köç etmək üçün keçmiş Ağdərə (indiki Tərtər rayonunun hissəsi) rayonunun mərkəzi – Ağdərə şəhəri vasitəsilə Kəlbəcərə, ordan da Ermənistana getməli idilər. Lakin noyabrın 15-dən Kəlbəcər Azərbaycan Ordusunun əlində olacağından, ermənilərin köçü mümkünsüz bir məsələyə çevrilirdi.

2. Ağdamdakı etnik ermənilərin Laçın dəhlizi vasitəsilə də öz ölkələrinə getmək imkanı var. Lakin burda da onlara bir məqam mane olur. Onlar keçmiş Əsgəran, indiki Xocalı rayonundan Xankəndiyə kimi gəlsələr də, Laçına getmək üçün Şuşadan keçməyə məcbur idilər. Şuşa şəhəri isə Azərbaycanın əlində olduğundan, Xankəndindən Laçına isə Bəyannamədə nəzərdə tutulmuş ayrıca yol açılmadığından, bu variant da xeyli çətinbeləcə mümkünsüz olur.

3. Ağdamın ilk təhvil alınması həm də Azərbaycan Ordusunun qərb istiqamətdə ərazilərə daha tez sahib çıxmasına və bununla Xocalıya və Xocavəndə nəzarət etmək imkanı əldə edəcək.

Sonda bu qərarın qəbulu bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf  seçməyən Ordumuz hazırda işğal altındakı rayonların sakit və təhlükəsiz şəkildə təhvil alınmasını təmin edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO