İqtisadi 18.11.2020 15:00

Şuşaya gedən yeni yol 1 ilə hazır olacaq

Azərbaycanın tarixi torpağı olan Şuşaya çəkiləcək yolun təməli qoyuldu. Bu gün artıq üçüncü gündür ki, bu istiqamətdə işlər davam edir.

Rakus.az xəbər verir ki, bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib.

O bildirib ki, Şuşamıza gedən yolun tikintisi davam edir:

“Yolun kifayət qədər geniş olması planlaşdırılır. Qarabağ regionunda gələcəkdə də planlaşdırılan layihələrlə əlaqədar yolun 101,5 km uzunluğunda olması hesablanıb. Üç gediş və üç gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Burada yolun əsas hissəsi dörd zolaqlı olacaq. Kənar iki zolaqlar isə geniş xidməti yol olacaq və xüsusi texnikaların, ağır yük avtomobillərinin hərəkəti üçün nəzərədə tutulur. Ölkə başçısının xüsusi tapşırığı əsasında yolun tam olaraq bir il yarım müddətinə hazırlanıb təhvil verilməsi planlaşdırılır. Baxmayaraq ki, 101,5 km uzunluğunda yoldur, uçurumlu ərazilərin, dağlıq ərazilərin olması səbəbindən yolu hissə-hissə böldükdən sonra podratçı şirkətlərin ərazidə fəaliyyətinə də şərait yaradılacaq”.

Onun sözlərinə görə, AAYDA özü də ərazidə işlərin qısa müddətdə yekunlaşdırılması üçün yaxından iştirak edəcək:

“Bizim kifayət qədər bazamız var. Şuşaya gedən yolun başlanğıcı Füzuli rayonun Əhmədbəyli kəndindən başlayır, bizim bu kəndə qədər gələn magistral yolumuz var. Eyni zamanda işğal altında qalan Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolu var idi ki, 118 km olan bu yolun da yenidən qurulması istiqamətində layihələndirmə işlərinə artıq başlanılıb. Layihə yekunlaşdıqdan sonra baxılacaq və qərar qəbul edildikdən sonra qısa müddət ərzində orada da işlərə başlanılacaq”.

“Yolun bir il yarım müddətində inşası nəzərdə tutulsa da, bu o demək deyil ki, bu müddət ərzində həmin istiqamətə gediş-gəliş olmayacaq. Xeyr, yolun inşası zamanı iki zolaq tam yekunlaşdıqdan sonra nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılacaq”,- deyə AAYDA rəsmisi sonda qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS