Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində şanlı Azərbaycan ordusunun işğaldan azad etdiyi Füzuli şəhəri və Qaraxanbəyli kəndi ilə bağlı paylaşımlar edib.
Rakus.az xəbər verir ki, paylaşımda deyilir:
“İşğaldan sonra Füzuli şəhərinin girişi. Bir vaxtlar 100 min əhalisi olan şəhərdə indi bir sağlam bina da qalmayıb”.
Prezidentin köməkçisi vurğulayıb ki. Qaraxanbəyli də erməni vandalizminə məruz qalıb:
“Heç bir sağlam tikili qalmayıb. Vandalizm heç bir sərhəd tanımayıb. Ermənistanın başqa cinayətləri də üzə çıxacaq”.