Siyasi 19.11.2020 12:17

Ombudsman beynəlxalq ictimaiyyətə müraciət etdi - VİDEO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə müraciət edib.

Rakus.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

“Bu, Azərbaycan üçün, eləcə də bütün region üçün tarixi bir andır. Ermənistan-Azərbaycan münaqişəsinə hər iki ölkənin imzaladığı bəyanatla son qoyulub. Bu bəyanat tarixi əhəmiyyət daşıyır. Bəyanat Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoydu və regionumuza çoxdandır gözlənilən sülh və sabitlik gətirdi.

Öz torpaqlarından zorla çıxarılaraq məcburi köçkünə çevrilmiş bir milyona yaxın insan artıq doğma yurduna qayıda biləcək. Biz şadıq ki, onların hüquqları təmin ediləcək.

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində əks-hücum əməliyyatı həyata keçirdi və beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqları azad etdi”, – müraciətdə qeyd olunub.

Bildirilib ki, bir çox insan, o cümlədən mülki şəxslər həyatını itirib. Təəssüf ki, bu hər hansı müharibədə qaçılmaz nəticədir və hərbi əməliyyat ən son tədbir kimi tətbiq edilməlidir.

Azərbaycan da 30 ilə yaxın müddət ərzində gözləyib ki, Ermənistan BMT tərəfindən qəbul olunmuş əlaqədar sənədləri icra etsin və məcburi köçkünlərin insan hüquqları bərpa olunsun. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə hər hansı bir addım atılmayıb.

“Həmin şəxslərin insan hüquqlarına və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə tamamilə etinasız yanaşılıb.

Beynəlxalq sənədlər kağız parçası olaraq qalmamalı, onlara hörmət edilməklə yerinə yetirilməlidir. Beynəlxalq hüquq və beynəlxalq sənədlərə hörmətsizlik dünyanı yalnız xaosa sürükləyə bilər.

Biz bu müddət ərzində Azərbaycanın müxtəlif regionlarında həyatını itirən mülki şəxslərə görə çox təəssüf edirik. Onların döyüşlərlə hər hansı əlaqəsi yox idi və münaqişə zonasından uzaqda yaşayırdılar. Buna baxmayaraq, onlar öz evlərində ballistik raketlərlə hədəfə alındılar.

Çox təəssüf ki, ölən və yaralanan mülki şəxslər arasında bir çox uşaq, qadın, ahıl insanlar da var. Mülki əhali döyüşlər zamanı hədəf seçilməməlidir. Bu, həm də beynəlxalq humanitar hüququn tələbidir”, – deyə müraciətdə vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan bütün şəxslərin insan hüquqlarına hörmət edir və heç kəsi zorla yerindən çıxarmayıb:

“Biz insan hüquqları və sülh naminə bütün müvafiq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və insan hüquqları təsisatları ilə əməkdaşlığımızı davam etdirəcəyik.

Qarabağ Azərbaycandır!”

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO