Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında əlaqəni yoluna qoymağa çağırıb.
Rakus.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Erməni birləşmələrinin bir sıra rayonlardan, o cümlədən Ağdam və Laçından çıxmasından sonra orada dinc erməni əhalisi qalacaq. Aydındır ki, sülhməramlılarımız ayrılma xəttində dayanır”, – V.Putin bildirib.
O bildirib ki, sülməramlılarla həm Azərbaycan, həm də erməni tərəfi arasında yaranmış xoş münasibətdən xəbərdardır.
“Ermənistan ordusunun boşaltdığı yerləri tutan insanlar – bəli, əlbəttə, bunlar münaqişə tərəfləridir, amma münaqişə bitdi. Axı bunlar mədəni insanlardır və bilirəm ki, əhval-ruhiyyələri ümumiyyətlə xeyirxahdır. Ancaq hər iki tərəflə – bu halda Azərbaycan tərəfi ilə əlaqə qurmaq lazımdır ki, azad edilmiş rayonlarda vəziyyət sabit olsun və hər iki millətin insanlarının məişət zəminində heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaradacaq şəkildə olsun”, – V.Putin söyləyib.
“Əlbəttə ki, bu artıq sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Ancaq mən Azərbaycan Prezidentinin yanaşmasını bilirəm – o, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqedən yanaşır”, – V.Putin əlavə edib.