Siyasi 26.11.2020 13:56

Əli Əhmədov: “Fransa Senatının qətnaməsi qeyri-obyektiv sənəddir”

Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi qətnamə, mübahisəsiz olaraq dünya miqyasında ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilə bilər. Sözügedən qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna məsuliyyətsiz və qeyri-səmimi yanaşmasının şahidi olub. BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq Azərbaycan – Ermənistan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri kimi Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Bütün siyasi nüanslara, simpatiya və antipatiya hallarına rəğmən, vasitəçi münaqişə tərəflərinin hər birinə qərəzsiz münasibət göstərməyi bacarmaq zorundadır. Fransa dövlətinin vaxtilə Prezident Fransua Mitteranın timsalında münaqişənin nizama salınmasında Minsk qrupunun həmsədlərindən biri kimi tam qərəzsiz mövqe nümayiş etdirəcəyi ilə əlaqədar verdiyi vədlər unudulmayıb. Əslində, vasitəçilik missiyasına razılıq verən dövlətin qərəzsiz mövqedə durması siyasi əxlaq və beynəlxalq hüquqa hörmət məsələsidir. Bu mənada ayrıca vəd verməyə bəlkə də ehtiyac yoxdur. Münaqişə tərəflərinə münasibətdə qərəzsiz davranış sərgiləmək istəməyən və ya bacarmayan dövlət sadəcə olaraq vasitəçilik missiyasından imtina edir.

Rakus.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun Fransa Senatının məlum qərarı ilə bağlı məqaləsində yer alıb.

Əli Əhmədov bildirib ki, Fransa Senatının noyabr ayının 25-də qondarma Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnaməsi bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərə onun qanunverici hakimiyyət orqanı nümayəndələrinin məhəl qoymaq fikrində olmadığını göstərir. Ədalət və bərabərlik kimi dəyərlər üzərində qurulan Fransa Respublikasında bir sıra siyasi xadimlərin, ələlxüsus Senatın üzvlərinin böyük bir hissəsinin ədalət anlayışı ilə bir araya sığmayan hərəkətlərinə təəssüflənməyə bilmirsən.

“Fransa dünyanın ən mühüm beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Daşıdığı beynəlxalq status Fransadan istənilən mübahisələrdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edir. Öz məsuliyyətini dərk etməyən dövlətin beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur.

Fransa Senatının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa Respublikasının səs verdiyini bilməmiş deyillər. Onlar Fransa Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyinin BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərinə zidd olduğunu da yaxşı anlayırlar. Görünür, bu qərarı qəbul edən siyasi xadimlər üçün eyni məsələ ilə bir-birinə daban-dabana zidd olan mövqe nümayiş etdirmək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək hər hansı narahatçılıq yaratmır. Əlbəttə, bu, onların seçimidir. Lakin ədalətli olmayan, bəyənilməyən, ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi adına və mövqeyinə yaraşmayan seçimdir.

ATƏT-in Minsk qrupunun öz fəaliyyətini nə vaxt və necə canlandıracağı hələ dumanlı görünür. Lakin Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir. Xüsusilə də, Azərbaycanın Minsk qrupunun həmsədri kimi Fransanın tərəfsizliyinə inamı ciddi şəkildə sarsılıb. Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz”, – Əli Əhmədov qeyd edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO