“Qarabağ Azərbaycandır!” – Ali Baş Komandana Müraciətlər
Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.
Rakus.az xəbər verir ki, müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də Ermənistanın işğalçı qoşunlarının hərbi təxribatlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.
Ali Baş Komandanı Azərbaycan xalqına yaşatdığı tarixi qələbə münasibətilə təbrik edənlər arasında qardaş Türkiyənin də vətəndaşları var. Onlar bildirir ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da qüdrətli dövlətə çevrildi və tarixi Şuşanı, eləcə də bütün Qarabağı düşmənlərdən azad etdi.
Hər kəs Qarabağın düşmən tapdağıından azad olunmasını Azərbaycanın gələcək inkişafı üçün çox vacib məsələlərdən biri olduğunu qürur hissi ilə vurğulayır.
İşğaldan azad olunmuş yaşayış məntəqələrinin bərpa edilməsini, yeni yolların çəkilməsini, əhali üçün yeni qəsəbə, şəhər salınmasını yüksək qiymətləndirən insanlar Ali Baş Komandanın hər bir qərarında ona dəstək olacaqlarını çatdırırlar.
Məcburi köçkünlərin sevinclə öz doğma ata-baba yurdlarına qayıda bilməsi, Qarabağın çiçəklənməsi Azərbaycanın mənfur düşmənlərinə göz dağı olacaqdır.
Müraciət edən gənclər isə Ali Baş Komandana inandıqlarını, işğaldan azad edilən tarixi yurd yerlərimizin prezidentin rəhbərliyi, quruculuğu sayəsində gündən-günə daha da inkişaf edəcəyinə, çiçəklənəcəyinə əmin olduqlarını dilə gətiriblər.