“Ağdamda ilk dəfə 1988-ci ildə valideynlərimlə birlikdə toyda olmuşam”.
Rakus.az xəbər verir ki, bu sözləri “ASAN Radio”ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ağdam onun xatirində yaşıllıq, bol meyvə ağaclı, gözəl məkan kimi qalıb:
“Amma təəssüf ki, gördüyünüz kimi, ermənilər buraları viran qoyub. Bu vəhşiliyi beynəlxalq ictimaiyyət özü də görəcək. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Ağdamda təmir-bərpa və yenidənqurma işləri aparılacaq”.