Mayk Tayson həmyerlisi Roy Cons ilə rinqə çıxmazdan əvvəl marixuana istifadə edib.
Rakus.az xəbər verir ki, bu barədə amerikalı boksçu özü etiraf edib.
“Əlbəttə, mən döyüşdən əvvəl çəkdim. Özümü saxlaya bilmirəm”, – 54 yaşlı idmançı vurğulayıb.
O, bunun ona pis təsir etmədiyi üçün heç bir zaman narkotiki atmağı düşünmədiyini bildirib.
“Bu, mənim etmək istədiyim işdir, bunun izahı yoxdur. Bu, bitməyəcək”, – o əlavə edib.
Taysonla Cons noyabrın 29-da qarşılaşıb. Onların döyüşü heç-heçə bitib. Hər iki idmançı nəticələrdən narazı qalıb. Onlar təkrar döyüşmək istədiklərini bildiriblər.